Logo

BDU-nun dekanı beynəlxalq konfransda təqdimatla çıxış edib

20.11.2021 15:33 380 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Əliyev türkdilli ölkələrin gənc alimlərinin “Elbası - türk inteqrasiyasının memarı” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfransında iştirak edib.

Tehsil.biz xəbər verir ki, konfransda filologiya elmləri doktoru Vüqar Əliyevin “Vahid türk informasiya məkanının formalaşdırılması və mövcud təhdidlər” mövzusunda təqdimatı dinlənilib.

Qeyd edək ki, Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr - Birinci Prezident Günü çərçivəsində təşkil olunan konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan (Rusiya), Başqırdıstan (Rusiya), Qırğızıstan, Özbəkistan və Monqolustandan tanınmış elm adamları iştirak ediblər.

Xəbər lenti