Logo

Məktəblərdə şagirddən şagirdə virus keçməyib

01.10.2020 10:35 532 baxış

Təhsil Nazirliyi şagird və müəllimlərin koronavirusa yoluxub-yoluxmadığını necə müəyyənləşdirdiklərini açıqlayıb.

Tehsil.biz xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bildirib ki, hər gün Operativ Qərargah tərəfindən koronavirusa yoluxan şəxslərin FİN nömrələri Təhsil Nazirliyinə göndərilir: “Təhsil Nazirliyinin balansına daxil olan məlumat bazasında həmin FİN nömrələr üzrə eyniləşdirmə aparılır, əgər onlardan hansılarsa, şagird, yaxud müəllimdirsə, biz bunu hesablayıb ictimaiyyətə açıqlayırıq.

Bu günədək 387 şagirdin hərarəti 37.1-dən yuxarı olub. Ümumilikdə 210 şagirddə yoluxma qeydə alınıb, təxminən 25 faizi məktəbə gəlib, qalan 75 faiz isə hələ distant təhsillə tədrisə davam edənlərdir. Bu günədək məktəbdaxili yoluxma qeydə alınmayıb. Şagirddən şagirdə virusun keçməsi qeydə alınmayıb”.

Xəbər lenti