Logo

Bakıda müəllim və şagirdləri zəhərləyən şəxslər yaxalandı - ÖZƏL

19.11.2021 14:14 1484 baxış
IMG

Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə vərdiş etdirən şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 322 saylı məktəbdə baş verib.

Belə ki, sözügedən şəxslər məktəbin informatika müəllimi Tural Sofuyev tərəfindən aşkarlanıb.

O, dərhal Xəzər Rayonu Buzovna qəsəbəsi 2 saylı polis bölməsinin əməkdaşlarına məlumat verib. Sözügedən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti