Logo

Lerikdə şəhid atası, qazi və bir qrup insan aldadılıb: Təhsil Nazirliyinin idarəsi isə… – Video

19.11.2021 12:08 1122 baxış
IMG

Lerikin Loda kənd məktəbinin tikintisi üçün mal və material daşımış sürücülər, o cümlədən inşa işlərində iştirak etmiş insanlar bir ildən çoxdur əmək haqlarını ala bilmirlər. Onların arasında şəhid Gündüz Əliyevin atası Etibar Əliyev, qazi Şamil Sürət oğlu, sürücülərdən Sahil Hüseynov, Kamil Şahmuradov və digərləri var. Bu haqda Reportyor.info vasitəsi ilə Təhsil Nazirliyinə, ölkə rəhbərliyinə müraciət edən vətəndaşlar kömək istəyirlər.

Onların sözlərinə görə, aldadılıblar, indiyə qədər bir qəpik belə ödənilməyib. Şikayətçilər deyirlər ki, indiki adı “Modenco” MMC olan şirkət onların haqlarını mənimsəyib. Şirkət daha əvvəl “Providence Doytch Limited” MMC adı altında fəaliyyət göstərib. Onlar məsələ barədə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundova müraciət ediblər. Ancaq onlara heç yerdən dəstək gəlməyib, heç bir köməklik olmayıb. “Modenco” MMC tərəfindən A. Axundova məktubda deyilib ki, onların “Vuqar 1970” MMC-yə borclu deyil. Şikayətçilər artıq hara sözlərini deyəcəklərini bilmirlər. Onlar Vətən müharibəsindən əvvəl işləyib və bu günə kimi pulunu ala bilməyib. Bu işdə hansı yeyintilər olduğunu və nazirlik yanında idarənin fəaliyyətini araşdırırıq.

Mənbə: Reportyor.info

Xəbər lenti