Logo

282 nömrəli məktəbdə COVİD19-a yoluxmuş müəllimlərə karantin müddəti tətbiq olunub

18.11.2021 13:16 1218 baxış
IMG

Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. 

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVİD-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub. 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Xəbər lenti