Logo

"Enerjini özün YARAT!” layihəsi icra planına uyğun olaraq fəaliyyətinə başlayıb

17.11.2021 11:09 1041 baxış
IMG

"Enerjini özün YARAT!” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş layihə olaraq 01 noyabr 2021-ci il tarixindən icra planına uyğun olaraq fəaliyyətinə başlamışdır.

Layihənin məqsədi 7-11-ci sinif şagirdləri arasında müxtəlif vasitələrdən istifadə edərək STEAM,Fizika,Biologiya,İnformatika elmlərinin bacarığa çevrilərək alternativ enerji mənbələri layihələri işləməsi, qazandıqlarıbilik və bacarıqları yarışlarda sınaması və təbliğat materialları hazırlamasıdır.

Layihənin icrası müddətində aşağıdakı işlərin reallaşdırılması nəzərdə tutulmuşdur:

1.Səbail rayon 189-190 nömrəli məktəbdə şagirdlərlə maarifləndirici görüşün təşkili

2. “Enerjini özün YARAT” adlı challenge də 50 şagird seçimi müsabiqəsi

3. Alternativ enerji vasitələrinin məktəbə gətirilməsi, praktik işlərin başlanması

4. Şagirdlərlə praktik seminarların təşkili

5.Yarış üçün ideya və müəllim heyətinin seçimi

6.” Yaşıl texnologiya” adlı yarışın təşkil edilməsi

7. “Enerjini özün YARAT” adlı çağırışda təbliğat materiallarının hazırlanması

8. Açıq qapı günlərinin keçirilməsi

9. Görülən işləri KİV-də ictimailəşdirmək

Layihə rəhbəri, Bakı şəhəri Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin direktoru Kuliyeva Ceyran Bədrəddin qızı tərəfindən 03 noyabr tarixində açılış tədbiri keçirildi. Layihənin məqsəd və vəzifələri haqqında pedaqoji heyətə geniş məlumat verildi və verilən suallar cavablandırıldı

Xəbər lenti