Logo

Ağdamda məktəblərin istilik problemi – RƏSMİ AÇIQLAMA

16.11.2021 17:56 718 baxış
IMG

Ağdam rayonunda bir neçə məktəbə istilik verilmir.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən şikayət daxil olub. Bildirilib ki, istiliyin verilməməsinə səbəb Ağdam rayon Təhsil Şöbəsinin istiliyi təmin edən aidiyyəti quruma 500 manat məbləğində borcunun olmasıdır.

Məsələ ilə bağlı irəli sürülən iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün Ağdam Təhsil Şöbəsinə sorğu ünvanladıq. Sorğumuza cavab verən adıçəkilən qurum şikayətdə səsləndirilən iddiaları təsdiq edib.

Cavabda qeyd edilib ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxlanılıb, qısa müddətdə borcun ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, məktəblərin hal-hazırda qaz sisteminə qoşulma işinə başlanılıb.

Xəbər lenti