Logo

Azərbaycanda koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb

16.11.2021 16:33 895 baxış
IMG

Bu ilki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.

Xəbər lenti