Logo

Uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Avropa çempionu olub

16.11.2021 11:37 642 baxış
IMG

12-15 noyabr 2021-ci il tarixlərində taekvondo idman növü üzrə Bosniya və Herseqovinada gənc taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 

Tehsil.biz xəbər verir ki, birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən Azərbaycan yığma komandasının tərkibində 5 nəfər idmançı mübarizəyə qoşulub.

Yarışda iştirak edən Quba rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səyyad Dadaşov 51 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Xəbər lenti