Bakıda koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa edilib.
"Tehsil.biz"in məlumatına görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında “Ankara məktəbi” məktəb-liseyi üçün müəyyənləşdirilmiş karantin başa çatıb.
Təhsil müəssisəsində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Qeyd edək ki, koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə "Ankara məktəbi" məktəb-liseyində oktyabrın 19-dan dərslərin iki həftə ərzində distant keçirilməsi qərara alınmış, sonradan karantin müddəti daha iki həftə də uzadılmışdı.