Logo

Məktəbə getmədən 2-ci sinfə keçirilən uşağa görə cinayət işi başlanıldı

15.11.2021 15:17 1024 baxış
IMG

Siyəzən şəhərində tədris prosesində iştirakı olmadan şagirdin növbəti 2-ci sinfə keçirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Tehsil.biz"Qafqazinfo"ya istinadən xəbər verir ki, 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Y. A.-nın sənədlərinin 4 №-li uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 №-li tam orta məktəbin 1-ci sinfinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinfə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı valideynlərin bu barədə Y.A. 1-ci sinfə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinfə buraxılmaması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Xəbər lenti