Logo

UNEC-in məzunu, Şəhid Ülvi Hacıyev - Yaşasaydı, 27 yaşı tamam olacaqdı

14.11.2021 20:11 381 baxış
IMG

13 noyabr UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin doğum günüdür.

Yaşasaydı, 27 yaşı tamam olacaqdı.

Tehsil.biz xəbər verir ki, o, 2012-ci ildə UNEC-in İqtisadiyyat fakültəsinin rus bölməsinə qəbul olub. Bakalavr təhsilini bitirdikdən sonra, 2016-cı ildə “Biznesin təşkili və idarə edilməsi” “Maliyyə ixtisaslaşması” üzrə ingilis dilində magistratura təhsili alıb.

İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanan Ülvi sonuncu dəfə 15 oktyabrda qohumları ilə əlaqə saxlayıb.  50 günə yaxın ondan xəbər alınmayıb. Sonradan Ülvi Hacıyevin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucaldığı xəbəri alınıb.

Ülvi Hacıyev dekabrın 6-da II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti