Logo

Xəzər Universitetində əfqanıstanlı tələbəyə təqaüd təqdim edilib

14.11.2021 15:57 572 baxış
IMG

Xəzər Universitetində Nailəxanım fondunun təsis etdiyi təqaüdün təqdimat mərasimi keçirilib. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Universitetdən bildirilib ki, mərasim Nailəxanım İsayevanın həyat tarixçəsini əks etdirən ekran xronikası ilə başlayıb. İştirakçılar görkəmli pedaqoqun geniş və çoxşaxəli fəaliyyəti ilə tanış olublar.

Tədbir bədii hissə ilə davam edib.

Sonra Nailəxanım təqaüdünün təqdimatı olub. Təqaüd əfqanıstanlı tələbəyə təqdim edilib. Əfqanıstanlı tələbə bu təqaüdə layiq görüldüyünə görə Xəzər Universitetinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Nailəxanım təqaüdü magistr və doktorantura təhsili almaq istəyən xanım namizədlər üçün tam maliyyələşdirilmiş təqaüd proqramıdır.

Xəbər lenti