Logo

Pedaqoji Universitetdə "Sirlər Xəzinəsi" adlı intellektual yarış keçirilib

14.11.2021 11:36 336 baxış
IMG

Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "ADPU Könüllüləri" Tələbə Birliyi və "MEH Ədəbi Dərnəyi" Təşkilatının birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan "Sirlər Xəzinəsi" adlı "Nə ? Harada ? Nə zaman ?" formatında yarış keçirilib. 

Yarışda 13 komandada təmsil olunan  44 tələbə iştirak edib. 2 hissəli yarışın hər hissəsində 8 sual səsləndirilib. 

Gərgin mübarizədən sonra "Golden Trio" komandası I yer, "Dəmir yumruq" komandası II yer, "Zəfər" komandası isə III yer tutub.

Xəbər lenti