Logo

Odlar Yurdu Universitetində Kiber təhlükəsizlik haqqında seminar təşkil olunacaq

14.11.2021 11:29 532 baxış
IMG

18 noyabr saat 19:00 da Odlar Yurdu Universitetinin inzibati binasında Kiber təhlükəsizlik haqqında seminar təşkil olunacaqdır.

Seminarın mövzusuna daxildir:"kiber təhlükəsizliyə giriş, xarici və daxili təhdidlər, onların qarşısının alınması üsulları, kiber təhlükəsizlik sahəsində kariyera imkanları və.s". 

Seminarda Azərbaycan Dəmir Yolları QSC – İnformasiya Təhlükəsizliyi üzrə mühəndisi, həmçinin Cybertech Academy-də bu sahə üzrə təlimçi olan Asəf Əhmədov iştirak edəcəkdir. İştirakçılar təqdimatçıya öz suallarını ünvanlamaqla yanaşı müəyyən müzakirələr aparmaq imkanı əldə edəcəkdir.

Nəzərinizə çatdırmaq istərdik ki, seminarda iştirak etmək üçün öz ad soyadınızı +99450 224 5113 Whatsapp nömrəsinə göndərməyiniz mütləqdir.

Qeyd:Seminarda iştirak ödənişsizdir. 

Seminarda iştirak edənlər üçün Cybertech Academy-də kiber təhlükəsizlik təlimi üzrə 20-% endirim təklif olunur.

Xəbər lenti