Logo

Naxçıvan Dövlət Universiteti tələbələri intellektual oyunun qalibi olublar

13.11.2021 20:02 316 baxış
IMG

10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun keçirilib.

Naxçıvan şəhər Gənclər Mərkəzində keçirilən  yarışda ali və orta ixtisas təhsili müəssisələri tələbələri iştirak edib. 6 komandanın qatıldığı intellektual oyunda 30 tələbə öz biliklərini sınayıb. Müxtəlif mövzularda 24 sualın səsləndirildiyi yarış 2 turdan ibarət olub. Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib.

Naxçıvan Dövlət Universitetinin “Günnüt” komandası 16 xalla qalib olub. Naxçıvan Müəllimlər İnstitutunun “Murov Qartalı” komandası 12 xalla ikinci, Naxçıvan Musiqi Kollecinin “Harmoniya” komandası isə 8 xalla üçüncü yerləri qazanıb. 

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti