Logo

ADPU-nun rektoru “Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində rektorların görüşündə iştirak edib

13.11.2021 18:17 300 baxış
IMG

Noyabrın 10-da Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən Bakı Biznes Universitetinin koordinatoru olduğu  “Rektorlar Konfransının yaradılması” (ECAR)  adlı ERASMUS+ layihəsi çərçivəsində ali təhsil müəssisələrinin rektorlarının ilk görüşü keçirilib.

Bakı Ali Neft Məktəbində baş tutan görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  rektoru,  professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov  iştirak ediblər.  

Rektorlar arasında keçirilən görüşün əsas məqsədi layihə çərçivəsində qərar qəbul etmə qaydalarının təsdiqlənməsi, həmçinin rektorlar konfransının adının, hüquqi formasının,  idarəetmə modelinin və rektorlar konfransı çərçivəsində yaradılacaq komitələrin adlarının müəyyənləşdirilməsi məsələlərinin və rektorlara təqdim olunan layihə çərçivəsində aparılan tədqiqatın təhlilinin müzakirə edilməsi olub. 

Görüşdə 19 yerli ali təhsil müəssisəsinin rektor və prorektorları ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Litvanın Mykolas Romeris Universitetinin, Belçikanın EFMD Beynəlxalq biznes universitetler birliyinin, Polşa Rektorlar Konfransının, İsveçin Kral Texnologiya Universitetinin məsul şəxsləri iştirak edib.

Xəbər lenti