Logo

Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi

13.11.2021 14:06 3529 baxış
IMG

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

“Tehsil.biz”in məlumatına görə, şəhidin bacısı Tamilla Ağazadə ötən gün dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbinin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya təsdiqləyiblər. 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 

Xəbər lenti