Logo

Bakı Ali Neft Məktəbinin tələbələri "FAB Boya və Kimya Sənayesi” MMC şirkətində olublar

13.11.2021 13:57 408 baxış
IMG

BANM-in "Neftçi Mühəndislər Cəmiyyəti"nin təşkilatçılığı ilə  Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan-Fransız Universitetindən (UFAZ) olan 14 tələbə "FAB Boya və Kimya Sənayesi” MMC-nin istehsalat sahələri və laboratoriyaları ilə tanış olublar.

Tehsil.biz xəbər verir ki, tələbələr kimyaçı və şirkət rəhbərlərinin nəzarəti ilə zavodda gedən iş prosesləri haqqında məlumatlandırılıb.

Onlar "FAB Boya və Kimya Sənayesi” MMC-dəki karyera imkanları barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti