Logo

“Nizami dünyası və təsviri sənət” mövzusunda respublika konfransına məruzə qəbulu noyabrın 15-dək aparılır

13.11.2021 12:57 451 baxış
IMG

Noyabrın 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası tərəfindən keçiriləcək “Nizami dünyası və təsviri sənət” mövzusunda respublika elmi-nəzəri konfransına məruzə qəbulu noyabrın 15-dək aparılır.

Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, iştirak etmək istəyənlər məruzələrini Azərbaycan, rus və ya ingilis dillərində [email protected] ünvanına göndərməlidir.

Konfrans sənətşünaslıq, təsviri sənət, rəngkarlıq, qrafika, heykəltəraşlıq, kulturologiya, muzeyşünaslıq, bərpaçılıq, filologiya elmləri və jurnalistika sahələrini əhatə edir.

Onlayn konfransda iştirak və məqalənin jurnalda dərc olunması ödənişlidir. Konfransın materialları toplu şəkildə nəşr olunacaq və hər bir iştirakçıya təqdim ediləcək.

Xəbər lenti