Logo

İnsan beynini fərqləndirən xüsusiyyət kəşf edildi

13.11.2021 00:26 445 baxış
IMG

Massaçusets Texnologiya İnstitutundan (MIT) olan tədqiqat qrupu insan beyni ilə digər məməlilərin beyinləri arasında xüsusi fərq aşkar edib.

Tehsil.biz Modern.az-a istinadən xəbər verir ki, araşdırmada insan beynində kalsium, kalium və natrium kimi ionların axınını təmin edən neyron kanalların çox aşağı olduğu müəyyən edilib.

Bu ion axını neyronların bir-biri ilə əlaqə saxlamasına imkan verən elektrik impulsları yaradır. Digər tərəfdən, kanalların daha az olması insan beyninin daha səmərəli işləməsi və resurslarını daha mürəkkəb idrak funksiyalarına yönəldə bilməsi deməkdir.

İnsanların digər məməlilərə nisbətən nə üçün idrak baxımından daha inkişaf etdiyini müəyyən etmək həmişə çətin olub. Çünki indiyə qədər məməlilərin beyinlərində heç bir ciddi fərq aşkar edilməyib. İnstitutun tədqiqatçıları nəhayət mühüm bir ipucu əldə edib.

Tədqiqat iki bioloq tərəfindən 2018-ci ildə siçovulların beyni ilə insan beyninin müqayisəsi əsasında hazırlanıb.

Yeni araşdırmada nümunələrin əhatə dairəsi genişləndirilib. Tədqiqatçılar beyin əməliyyatı zamanı epilepsiya xəstələrindən götürülmüş toxuma nümunələrini siçovullar, siçanlar da daxil olmaqla bir çox növlə müqayisə ediblər.

Tədqiqata insanlar da daxil olmaqla on məməli növü daxil edilib. Makaka beyninin insan beyninə çox bənzədiyi və bir çox araşdırmalarda insan beyni üçün model kimi istifadə edildiyi vurğulanıb.

Təcrübəli elmi jurnalda dərc olunan tədqiqatda bir istisna olmaqla, bütün beyinlərdə ion kanallarının sıxlığının oxşar modeli aşkarlanıb. Bu istisna insan beyni idi.

Xəbər lenti