Logo

Bakıda 5 saylı məktəbdə bir neçə sinif distant təhsilə keçib

12.11.2021 17:40 762 baxış
IMG

Paytaxtdakı 5 nömrəli tam orta məktəbin bir neçə sinfində koronavirusa yoluxma halı olduğuna görə həmin siniflər distant təhsilə keçib.

Bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsindən apa-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda məktəbdə əyani təhsil davam edir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Xəbər lenti