"İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".
Tehsil.biz xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O, vaksinasiyanın Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin müəyyən tapşırıqları ilə icra olunduğunu bildirib.
"Hazırda buster doza vurduran təhsil işçilərinin dəqiq sayı olmasa da, onlar bu prosesdə fəal iştirak edirlər. İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".