Logo

AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 75 yaşı tamam olur

12.11.2021 11:59 398 baxış
IMG

Noyabr ayının 14-də görkəmli alim, Əməkdar incəsənət xadimi, Azər­bay­can Respublikası Mədəniyyət nazirinin müa­vi­­ni, AMEA-nın müxbir üzvü Sevda Məm­mə­də­li­yevanın 75 yaşı tamam olur.

Tehsil.biz xəbər verir ki, Sevda Yusif qızı Məm­mə­də­li­yeva 1967-ci ildə Bakı Dövlət Universi­te­tinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1986-cı ildə namizədlik, 1994-cü il­də dok­tor­­luq dissertasiyasını mü­dafiə edib. O, 1997-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müx­­bir üzvü seçil­ib.

1970-1975-ci illərdə AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İns­ti­­tutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan görkəmli alim 1975-1983-cü illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunda böyük elmi işçi olaraq işləyib. Sevda Məmmədəliyeva 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Univer­sitetinin kafedra müdiri vəzifəsində çalışıb. 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azər­bay­can Respublikası Mədəniyyət nazirinin müa­vi­­ni vəzifəsinə təyin edilib.

AMEA-nın müx­bir üzvü Sevda Məmmədəliyeva sosial fəlsəfə və kulturologiya sahə­sində 200-ə yaxın elmi işlərin, o cümlədən 12 monoqrafiya və kitabın müəllifidir. Bun­lar­dan “Azərbaycanda mədə­niy­yət siyasəti”, “Qloballaşma dövründə mədəniy­yət”,­ “Mədəniy­­yət­ və insan” əsərləri elmi ictimaiyyətin yüksək rəğbətini qazanıb.

Görkəmli filosof alim sosial fəlsəfə üzrə silsilə iş­lə­rinə görə, Beynəlxalq Eko­energe­tika Akademiyasının həqiqi üzvü (1997), Rusiya Ekoloji Aka­demiyasının xarici üzvü (1999), NOOSFERA Beynəlxalq Akade­mi­ya­sı­nın həqiqi üzvü (2000), Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun üzvü (2007) seçilib. O, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezantativ Siyahısına daxil edil­­miş on üç qey­ri-maddi mə­də­­ni irs nümunəsinin sənədlərinin hazırlanmasına və elmi əsas­lan­dır­ma­sına rəhbərlik edib. UNESCO üzrə Azərbaycan Res­publika­sının Milli Komissiya­sı­­nın sədr müavinidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qru­punun rəhbəri (2010), Ümum­dünya Mədəniyyətlərarası Dia­loq Forumlarının, UNESCO-nun Qeyri-maddi Mə­­­dəni İrs üz­­rə Hökumətlərarası Komi­tə­­­­sinin 8-ci Sessiyasının (Bakı, 2013) və BMT Siviliza­si­ya­­­lar Alyansının 7-ci Qlobal Fo­ru­mu­­nun Təşkilat komitəsinin sədr müa­vini (2016) olub.

Sevda Məmmədəliyeva Ru­si­ya Fe­de­­­rasiyasının XİN nəzdində Elmi və Mə­dəni Əmək­daş­­lıq üzrə Mərkəzinin “Dostluq işinə ve­rilən töhfəyə görə”, Fransız Elmi Cəmiy­yə­ti­nin (20­05), “TÜRKSOY” təş­ki­la­tının me­dalları (2013),­ İtaliya Respubli­ka­­sı­nın “Şərəf” (20­13) or­de­ni, Avstriyanın Elm və İncəsənət üzrə fəxri ordeni (2015), Azər­bay­can­da dip­lo­ma­tik xid­mə­tin yaranmasının 100 illiyi medalı, 3-cü də­­rə­cəli “Və­tənə xid­mətə görə” (2016), 2-ci də­rəcəli “Vətənə xidmətə görə” (20­19)­­ orden­ləri­ ilə təl­tif edilib.

Bundan əlavə, fəlsəfə elminin inkişa­fın­dakı xid­mətləri nəzə­rə alınaraq və anadan olmasının 75 illiyi ilə əla­qədar AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Fəxri fərmanı ilə təl­tif olunub. O cümlədən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə alimin elmi fəaliyyətinə həsr edilmiş sessiyanın keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti