Logo

Piran kənd məktəbinin istilik problemi - VİDEO

12.11.2021 08:50 381 baxış
IMG

Təhsil nazirliyi gələn həftədən məktəbin qazanxanasına qaz veriləcəyinə söz verdi

Lerik rayonu Piran kənd sakini Əliməhəmməd Şirvanovun qaynar xəttimizə göndərdiyi videonu təqdim edirik:

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Habil Məlikov bildirdi ki, 2008-ci ildə Heydər Əliyev fondu tərəfindən inşa edilmiş müasir məktəb binasının ötən ilə qədər istiliklə bağlı heç bir problemi olmayıb. Çünki həmin məktəbin qazanxanasında dizel yanacağından istifadə olunub. 2012-ci ildə isə kəndə qaz çəkilib. Ötən il qərara alınıb ki, artıq məktəb də təbii qazdan istifadə olunmaqla qızdırılsın. Lakin qazanxananın texniki şərtləri uyğun olmadığı üçün hələ də qaz verilməyib. Habil Məlikov bildirdi ki, Azəriqaz tərəfindən heç bir problem yoxdur, yalnız Təhsil Nazirliyinin müvafiq sənədləri hazırlaması gözlənilir.

Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, artıq həmin sənədlərin hazırlanması prosesi yekunlaşıb. Gələn həftədən məktəbin qazanxanasına qaz veriləcəyi gözlənilir. Əziz Piran məktəbliləri, sizdən daha bir neçə gün səbr etməyinizi istəyirik. (Realtv.az)

Xəbər lenti