Logo

3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

11.11.2021 16:13 486 baxış
IMG

Qobustan Rayon Polis və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Etibar Babayev insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın fəsadları  barəsində məktəblilərə geniş məlumat verib və bu kimi hallara qarşı birgə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Şöbə rəisi ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin vacibliyini vurğulayıb. Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi tədbirlərin həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlər mövzu barəsində gənclərə geniş məlumat veriblər, onları zərərli vərdişlərdən uzaq durmağa, faydalı işlərlə məşğul olmağa çağırıblar. 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti