Logo

Ucarda məktəb distant təhsilə keçib

09.11.2021 21:21 710 baxış
IMG

Azərbaycanda daha bir məktəb distant təhsilə keçib.

Tehsil.biz Apa-ya istinadən xəbər verir ki, Ucar şəhər 1N-li texniki-humanitar təmayüllü məktəb-lisey 10 noyabr 2021-ci il tarixindən 14 gün müddətinə distant təhsilə keçəcək.

Buna səbəb məktəbdə əsasən şagirdlər arasında COVİD-19 infeksiyasına yoluxmanın olmasıdır.

Faktı Ucar Rayon Təhsil Şöbəsinin rəhbərliyi də təsdiqləyib.

Xəbər lenti