Logo

9 Noyabr- Bayraq Gününə həsr olunmuş "Zəfər Gülləri" adlı fləşmob keçirilib

09.11.2021 11:40 753 baxış
IMG

Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Təhsil Şöbəsi, Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialının təşkilatçılığı, 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın təşəbbüsü ilə "Zəfər Gülləri" adlı fləşmob təşkil edilib.

Tehsil.biz xəbər verir ki, fləşmob üçün lazım olan 32 metrlik bayrağın hissələri simvolik olaraq layihəyə cəlb edilmiş məktəblərin müəllimləri və şagirdlərin köməyi ilə işğaldan azad edilmiş bölgələrin adı ilə Azərpoçt qutularının  vasitəsilə layihə mərkəzinə - Sumqayıt 29 nömrəli tam orta məktəbə çatdırılmış və həmin hissələrdən milli dəyərimiz olan bayraq tikilib.

Məlumat üçün bildirək ki, şəhərimiz üzrə 29 nömrəli məktəblə yanaşı, 21, 31, 35 nömrəli məktəblər, həmçinin Bakı, Şuşa şəhəri və Ucar, Kürdəmir, Şabran rayonlarının müəllim və şagirdləri layihədə iştirak edib.

Xatırladaq ki, layihənin rəhbəri müəllim Xəyalə Quliyevadır.

Xəbər lenti