Logo

Rabitə və İnformasiya Texnologiyaları Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Zəfərə gedən yol" adlı tədbir keçirilib

08.11.2021 15:09 1447 baxış
IMG

04.11.2021-ci il tarixində Rabitə və İnformasiya Texnologiyaları Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Vətən Müharibəsi, Şanlı tariximizə daxil olan Zəfər günü münasibəti ilə "Zəfərə gedən yol" adlı tədbir keçirilmişdir. 

Tədbirin açılışında Bakı Kompüter Peşə Liseyin direktoru Cəərçiyev Şaban qeyd etdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Nəhayət 8 noyabr 2020-ci ildə Azərbaycan Xalqı həsrəti ilə alovlanan Qarabağına qovuşdu. Bu gün, bizim üçün Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günümüzdür!. Bu qalibiyyət bir daha göstərdi ki, Azərbaycanda milli ruh, milli birlik yüksək səviyyədədir. Bu birliyi yaradan, Azərbaycanı və onun xalqını layiqincə təmsil edən Ali Baş Komandanımızın və  şanlı Azərbaycan əsgərinin, yəni müzəffər ordumuzun alın təri ildə əldə etdiyi bir qalibiyyətdir. 

Bundan sonra Liseyin direktoru Cəərçiyev Şaban tərəfində tədbir münasibəti ilə dəvət olunmuş qonaqlar və liseyin məzun qazilərinə söz verilmişdir.

Sonda isə  Liseyin direktoru Cəərçiyev Şaban məzun qazilərimizə : Salayev Elsevər, Əhmədov Məbud, Həsənov Tərlan, Yunis Quluzadə, Məmmədov Ayhan, Məmmədov Müzəffər, Sərdarlı Ruslan, Hacıyev Rəşada liseyin mühəndis-pedaqoji heyəti adından minnətdarlığını TƏŞƏKKÜRNAMƏ ilə bildirmişdir.

Xəbər lenti