Logo

DİN: Bakıda itkin düşən məktəbli qız tapılıb

07.11.2021 14:09 365 baxış
IMG

Bakıda itkin düşən 14 yaşlı yeniyetmə tapılıb.

Tehsil.biz “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub. Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcəkdir”, – o deyib.

Xəbər lenti