Logo

Rayonlarımızın qələbə tarixi: Azad olunmuş kənd, qəsəbə və şəhərlərin SİYAHISI

01.12.2020 17:46 7158 baxış
IMG

Dekabrın 1-də ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunun  erməni işğalçılarından azad olunması ilə noyabrın 10-da imzalanmış birgə Bəyanatın daha bir müddəası icra olundu.



Beləliklə, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa müharibə yolu ilə, Ağdam, Kəlbəcər, Laçın isə diplomatiya yolu ilə işğaldan azad olundu.

 


Xatırladır ki, şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdi.


Bura Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik daxil idi.

 


Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana qaytarılmalıydı.

 

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu.

 


Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

 

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.


27 sentyabr

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 3 oktyabr

Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 4 oktyabr

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri


5 oktyabr

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

 9 oktyabr

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

Tərtər rayonunun Çaylı kəndi

 14 oktyabr

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

Füzuli rayonunun Arış kəndi

Cəbrayıl rayonunun Doşulu kəndi

 16 oktyabr

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 17 oktyabr

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 18 oktyabr

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

 19 oktyabr

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 20 oktyabr

Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 21 oktyabr

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

 22 oktyabr

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

 25-26 oktyabr

Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

28 oktyabr

Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

Füzuli rayonunun Mandılı kəndi

Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

30 oktyabr

Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

2 noyabr

Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

4 noyabr

Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.

7 noyabr

Füzulirayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

Cəbrayılrayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

Qubadlırayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

Zəngilanrayonunun Beşdəli kəndi

Xocavəndrayonunun Ataqut, Tsakuri kəndləri

XocalınınQarabulaq, Moşxmaat kəndləri

8 noyabr  

ŞUŞA şəhəri

9 noyabr

Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 10 noyabr

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılmalıdır.

20 noyabr

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Rayonda ümumilikdə 138 yaşayış məntəqəsi var.

25 noyabr

Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.

1 dekabr

Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

 

Xəbər lenti