Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilib

04.11.2021 15:23 531 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, böyük mütəfəkkürə həsr olunmuş tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, mühəndis-pedaqoji heyət  və tələbələr iştirak edib. Giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Nizami Gəncəvinin dünya ədəbiyyat tarixinə verdiyi töhfələrdən söz açıb.

Tədbirdə "Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi" qrupunun tələbələri Sevda Alənmədovz, Sənan Nəzirov, Nicat Rəsulov, Elnur Sədullayev və Fidan Rəsulova, "Baytarlıq və heyvandarlıq" qrupunun tələbələri Vüqar Əhmədov, Hüseyin Şükürlü, Elvira Nəzirova, Rəvan Səmədov və Rəşidov Rəşad fəal iştirak ediblər. Tələbələr  Nizami Gəncəvini  "Kərpickəsən kişinin dastanı" əsərini səhnələşdirib,  dahi şairin şeirlərindən nümunələr və poemalarından qəzəllər səsləndiriblər.

Xəbər lenti