Logo

Naxçıvan Dövlət Universitetində mini futbol çempionatına start verilib

04.11.2021 13:07 552 baxış
IMG

Universitetin mini futbol meydanaçasında təşkil edilən oyunda Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubunun sədri Məmmədəli Rəhimov çıxış edərək qeyd edib ki, universitetdə hər il ənənəvi olaraq futbol çempionatı keçirilir.

Bildirilib ki, çempionatı keçirməkdə əsas məqsədimiz istedadlı tələbələri seçib məşqlərə cəlb etmək, onları idman aləmi ilə tanış etmək və universitet yığma komandasına tərkibinə cəlb etməkdir.

Sonra oyuna start verilib. Səkkiz komanda arasında keçirilən ilk oyun Memarlıq və mühəndislik və Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələri arasında baş tutub. İki gün davam edən yarışın final mərhələsində Pedaqoji və İqtisadiyyat və idarəetmə fakültələri öz güclərini sınayıb.

Pedaqoji fakültə oyunun qalibi olub. İqtisadiyyat və idarəetmə II, Memarlıq və mühəndislik və Tarix-filologiya fakültələri isə III yeri bölüşüblər. 

Xəbər lenti