Logo

"Tehsil.biz"in 2 illik fəaliyyətini səmərəli hesab etmək olar" - Bəşarət Məmmədov

03.11.2021 18:26 704 baxış
IMG

"Tehsil.biz" saytı təhsillə bağlı ixtisaslaşmış xəbər saytı olaraq qısa müddətdə özünü tanıda və oxucu auditoriyası toplaya bildi. Bu baxımdan saytınızın 2 illik fəaliyyətini səmərəli hesab etmək olar.

İnanırıq ki, yeni rubrikalar və bölmələrlə bütün təhsil işçilərinin diqqətini çəkməyə və maraqlarını ifadə etməyə nail olacaq, oxucu auditoriyanızı daha da genişləndirə biləcəksiniz. 

Təhsil sahəsində baş verən yeniliklərin işıqlandırılması, nəinki təhsil ictimaiyyəti, eyni zamanda daha geniş kütlənin təhsillə bağlı proseslərdən operativ məlumatlandırılması işində Sizə uğurlar arzu edirik! Təhsildən yazmaq, təhsillə bağlı davamlı maarifləndirmə işi aparmaq bütün cəmiyyət üçün gərəkli olan nəcib və faydalı fəaliyyətdir. Bu yolda davam edəcəyinizə və məqsədə doğru irəliləyəcəyinizə ümid edirik. 

Bir daha təbrik edir və yeni uğurlar arzulayırıq!

Bəşarət Məmmədov

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri

Xəbər lenti