Logo

“Tehsil.biz” qısa müddət ərzində oxucuların diqqətini və marağını qazanıb - AzTU-nun mətbuat katibi

03.11.2021 16:43 841 baxış
IMG

“Tehsil.biz” saytının 2 yaşı münasibətilə saytın kollektivini təbrik edirəm.

Təhsil cəmiyyətimiz üçün önəmli sahələrdən biri olduğu üçün bu istiqamətdə ixtisaslaşmış internet resurslarının çox olması təqdirəlayiqdir.

Bu gün 2 yaşını qeyd edən “Tehsil.biz” saytı da qısa müddət ərzində qərəzsizliyi, operativliyi ilə oxucuların diqqətini və marağını qazanıb. Mən özüm də hər gün “Tehsil.biz” saytını oxuyuram və maraqlı məlumatlar əldə edirəm.

Təhsil sahəsində araşdırmalar, müəllif yazıları, ali və orta məktəblərdə həyata keçirilən yenilikləri “Tehsil.biz” saytında oxumaq mümkündür. 

Saytın kollektivinə uğurlar və ən əsası geniş oxucu auditoriyası arzulayıram.

Sevinc İsgəndərova

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi

Xəbər lenti