Logo

"Mən ölkənin təhsil mənzərəsini "Tehsil.biz"dən izləyirəm" - Günel İsgəndər

03.11.2021 16:23 457 baxış
IMG

Respublikamızda milli mətbuatın, kütləvi informasiya vasitələrinin fəaliyyətinin inkişaf etdirilməsi, ifadə və söz azadlığının təmin edilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Bu gün ölkəmizdəki çoxsaylı mətbu orqanların içərisində elm-təhsil-maarifçilk istiqamətində olan az saylı saytlardan biri olan

“Tehsil.biz” saytının fəaliyyətə başlamasından 2 il ötür. Şəxsən mən bütün gün ərzində bu saytı diqqətdə saxlayır, ölkənin təhsil mənzərəsini  bu saytın üzərindən izləyirəm. 

Ölkə təhsilinin bütün pillələrini əhatə etməklə obyektiv informasiya çatdıran bir mətbu orqanı olmaq yolunda uğur sizinlə olsun! Azərbaycanın elm-təhsil həyatında gedən proseslərlə bağlı məlumatları təqdim etmək yolunda işiniz avand olsun.

Əməkdaşlığımızdan böyük zövq aldığım dəyərli həmkarlar, gününüz mübarək! Xəbəriniz bol olsun!

Günel İsgəndər (Orucəliyeva)
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri

Xəbər lenti