Logo

"Bu, Qarabağda ilk universitet olacaq" - Millət vəkili

03.11.2021 16:04 390 baxış
IMG

"Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Bu, Qarabağda yaradılacaq ilk universitet olacaq".

Tehsil.biz-in məlumatına görə, bunu millət vəkili Fatma Yıldırım deyib.

Millət vəkili bildirib ki, Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir:

"Bu universitet ilk növbədə Qarabağ bölgəsinin inkişafı üçün kadr potensialı yetişdirməklə regiona öz tövhəsini verəcək. Bu səbəbdən də ​ ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşdirilməlidir. Ən başlıcası isə universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Bunun üçün isə universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalı, peşəkar professor-müəllim heyəti formalaşdırılmalıdır. Türkiyə və Avropa ölkələrində təhsil alan yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilməlidir”.

F.Yıldırım qeyd edib ki, eyni zamanda Qarabağ​ Universitetinin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır:

“Bu amil Qarabağ Universitetinin dünyada tanınması üçün vacib məqamlardan ola bilər".

BakuPost

Xəbər lenti