Logo

Türkiyəli alim qadın evində ölü tapılıb

02.11.2021 00:16 391 baxış
IMG

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzinin tədqiqatçısı, dosent Dilək Dündar Ərbahar evində ölü tapılıb.

Tehsil.biz-in xəbərinə görə, polis intihar versiyası üzərində dayansa da, qətl versiyası da nəzərdən keçirilir.

Həyat yoldaşı ilə problemlər yaşayan və boşanma ərəfəsində olan gənc qadının ölümündən sonra polis onun başı üzərində stəkanda insektisid və “səni çox, çox, çox… sevirəm” yazılmış kağız aşkar edib.

Qeyd edək ki, zəhərli qazlara qarşı yüksək ayırdetmə həssaslığına malik, kütləvi istehsala yaralı və qənaətcil sensorlar sahəsində tədqiqat aparan Dündar Ərbahar "L'Oréal-UNESCO Elm Qadınları üçün” beynəlxalq mükafatına layiq görülüb. (APA)

Xəbər lenti