Logo

AzTU ilə “British Council” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

29.10.2021 17:30 450 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və xarici ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo AzTU-da olmaqdan məmnunluğunu ifadə edib.

Qeyd edib ki, “SABAH Magistratura” proqramı çərçivəsində ingilis dilinin tədrisi ilə əlaqəli icra olunacaq layihədə AzTU-nun da iştirakı təqdirəlayiqdir.

Daha sonra AzTU-da ingilis dilinin tədrisində öyrənmə və öyrətmə sisteminin təkmilləşdirilməsi və potensialın arıtırlması ilə bağlı “British Council” təşkilatının göstərə biləcəyi xidmətlər haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti