Logo

Məktəblərin bağlanması karantin rejiminin sərtləşdirilməsinin ən son mərhələsində ola bilər - Ekspert

29.10.2021 14:41 1823 baxış
IMG

"Vəziyyət düşündüyümüz qədər də kiritik halda deyil, hər halda son sözü müvafiq qurumlar deyəcək".

Bunu "Tehsil.biz"ə açqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil üzrə ekspert Nadir İsrafilov bildirib.

O qeyd edib ki, son günlər koronavirusa yoluxma səbəbindən bir neçə məktəbin bağlanıb, bir neçə orta ümumtəhsil və ali təhsil müəssisəsində  distant təhsilə keçilməsi ilə əlaqədaq geniş ictimaiyyətin müəyyən kəsimi arasında bəzi narahatçılıq və təşviş yaranması halları başadüşüləndir:

"Bir müddət əvvəl Nazirin də xüsusi olaraq vurğuladığı kimi “Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”. 

Ekspert bildirib ki, əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınlıq yaranmasına əsas vermir:

"Bir çoxları da qabaqcadan bilməmiş deyildi ki, istər orta ümumtəhsil məktəblərində, istərsə də ali və orta ixtisas müəssisələrində nəzərdə tutulan müddətdə ənənəvi tədrisə başlanılması heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınlıq yaranmasına əsas vermir. Buna görə də geniş ictimaiyyət arasında əlavə pessimist əhval-ruhiyyə yaratmaq, yaranmış vəziyyətə nikbin yanaşmağa mənfi təsir göstərməkdən hər vasitə ilə yayınmaq lazımdır. Hətta, bəzi öncəgörənlər tərəfindən məktəblərin qapanacağı taixi belə göstərməsi cəmiyyət üzvləri arasında çaşqınlıq yaratmaqdan başqa bir şey deyil".

Nadir İsrafilovun sözlərinə görə, bu baxımdan da, bu gün və ya sabah pandemiyanın fəsadları tam aradan qaldırılmayanadək, təhsil müəssisələrində yarana biləcək hər hansı bir çətinliyi, ümumiyyətlə təhsilin keyfiyyətinə təsir göstərə biləcək hər hansı bir təzahürü qabartmaq və ya bunu mübahisə obyektinə çevirmək düzgün mövqe sayıla bilməz:

"Onu da nəzarə almalıyıq ki, əyani təhsilə keçid haqqında qərarın verilməsi, əsasən böyük əksəriyyətin ənənəvi təhsilə keçidin tərəfdarı olması ilə əlaqədar olub. Bu məqsədlə hətta sorğular vasitəsilə ümumi ictimai rəy belə öyrənilib, ayrı-ayrı, üst-üstə düşən təkliflər nəzərə alınıb. Əsas vəzifə ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki, dayanıqlı təhsilə münasibət birmənalıdır.  Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin. Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, əyani təhsilə keçsək belə məsafədən distant təhsilə diqqəti azaltmamalıyıq".

Sədr müavini bildirib ki, hər şey vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılıdır:

"Yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalar gözlənilən idi və baş verdi də. Hələ ki, təhsil müəssisələrinin bütövlükdə qapanmasından söhbət gedə bilməz. Yoluxmanın müəyyən artımı həyəcan təbili çalmaq üçün ciddi əsas sayıla bilməz. Vəziyyət nəzarətdədir. Əsas məsələ lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Əgər yoluxma sayında kütləvilik artarsa, daha sərt addımlar atmaq barədə düşünmək olar.
FacebookTwitterWhatsAppLinkedInTelegramSMSMessengerGoogle TranslateCopy LinkÇap etGmailVkontakteLINE Daha Çox Distant təhsilin ənənəvini üstələcəyini güman etmirəm, amma yeni çağırışlarla hesablaşmalı olduğumuzu da nəzərdən qaçırmamalıyıq. O ki qaldı distant təhsilin lazımi effekt verməməsinə, bu dəfələrlə qeyd edildiyi kimi məqsəd deyil, vəziyyətdən çıxış üçün bir vasitədir.  Əgər nəzərə alsaq ki, təhsilalma formalarından biri kimi distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir - deməli bu düşündüyümüz qədər də sadə və asan həyata keçirilən vəzifə deyil.  Digər bir məsələ, distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacib bir hal alıb. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir".

N.İsrafilov deyib ki, istənilən halda, mövcud pandemiya şəraitində yaranmış və yarana biləcək vəziyyət Nazirlər Kabinetinin müvafiq qərarı və bu qərara uyğun təsdiq olunmuş “Qaydalar” əsasında tənzimlənir və biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq:

"Hazırda təhsil sahəsində vəziyyətdən çıxış yolu kimi bütün imkanlardan istifadə olunur, özündə klassik və yeni texnologiyaları birləşdirən, “Hibrid” adlandırdığımız təhsil formasından, vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda hər hansı bir problem görmürəm".

"Hələ ki, vəziyyət düşündüyümüz qədər də kiritik deyiı, hər halda son sözü müvafiq qurumlar deyəcək. Əsas odur ki, müvəqqəti vəziyyətlə əlaqədar hər kəs tərəfindən anlayış və həmrəylik nümayiş etdirilsin, vəziyyət obyektiv qiymətləndirilsin. Alternativ təhsil alma formaları barədə düşünülsün. Məktəb virusdan yoluxma üçün ən etibalı və güvənli məkan olduğundan, məktəblərin qapanması məsələsinə ən son mərhələdə, yəni, insanların digər kütləvi toplandığı ictimai yerlərin - nəqliyyatın, restoran və şadlıq evlərinin, mol və iri ticarət mərkəzlərinin bağlanmasından sonra baxılması daha düzgün olar", -deyə Nadir İsrafilov bildirib.

Fəqan Əzimli

Xəbər lenti