Oktyabrın 27-də Filologiya fakültəsinin tələbələri İkinci Fəxri Xiyabanda olub, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi, "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra) Azad Arif oğlu Hümbətovun anım mərasimində iştirak ediblər.
28 oktyabrda isə həmin fakültənin təşəbbüsü ilə B19-329a qrup tələbələri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.
Ziyarət zamanı Vüqarlı Azərbaycan Ordusunun döyüş əməliyyatları zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olublar. Hərbi qənimətlər parkında sərgilənən artilleriya silahları, silah-sursat eksponatları, müşahidə və optik cihazlar, tank əleyhinə qurğular, daşına bilən zenit raket kompleksləri və s. haqqında məlumatlar əldə ediblər.