Logo

NDU tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar keçirilib

29.10.2021 12:20 496 baxış
IMG

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, seminar Nazirliyin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün təşkil edilib.

Çıxış edənlər dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü barədə geniş məlumat veriblər. Vurğulanıb ki, dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında fəaliyyətin öyrənilməsi nəzəri və praktiki əhəmiyyətə malikdir. Hər iki orqanının səlahiyyətlərinin qanunla necə tənzimlənməsi barədə tələbələrə ətraflı məlumat verilib.

Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Xəbər lenti