Logo

Dünyanın müxtəlif ölkələrində təhsilə cəlb olunma yaşı - SİYAHI

29.10.2021 08:48 424 baxış
IMG

Dünyanın müxtəlif ölkələrində təhsilə cəlb olunma yaşı fərqlidir. Bəzi ölkələrdə uşaqları təhsilə cəlb etmə yaşı beşdən başlayırsa, bir çoxunda təhsil yaşı üç hesab olunur.

Tehsil.biz siyahını təqdim edir:

Almaniyada 3-6 yaş arası uşaqlar məktəb öncəsi hazırlığa, 6-15 yaş aralığında məcburi təhsilə cəlb edilir.

Avstraliyada 3-5 yaş aralığında məktəbə qədər təhsilə cəlb edilən uşaqlar, 6 yaşdan etibarən məktəbə başlayırlar.  İbtidai sinfi bitirdikdən sonra, şagirdlər növbəti təhsil səviyyəsi üçün imtahan verməlidirlər.

Çexiyada 3-6 yaş aralığındakı uşaqlar məktəbə qədər, 6-15 yaş aralığında isə onlara ibtidai və orta təhsil ala bilərlər. Orta təhsil almaq şəxsi iradədən asılıdır. Lakin bunun üçün imtahan vermək vacibdir.

Danimarkada 3-17 yaş arası təhsil məcburi və ödənişsizdir. Valideynlər uşaqları üçün istədikləri məktəbləri seçə bilərlər.

Finlandiyada  6 yaşına qədər uşaqlar məktəbəqədər,  16 yaşına qədər isə və ödənişsiz  zəruri təhsil alırlar.

Fransada 3-6 yaş aralığı üçün məktəbəqədər təhsil alan uşaqlar 6 yaşından sonra zəruri və ödənişsiz oxumağa başlayır. Şagirdlər yaşayış yerlərinə uyğun məktəblərdə təhsil alırlar. 

Hollandiyada təhsil 5 yaşından başlayır. Ondan əvvəl isə, uşaqlara heç bir təhsil verilmir. Uşaqlar 16 yaşına qədər məcburi təhsilə cəlb edilirlər.

İngiltərədə uşaqlar 4 aylıqdan 3 yaşına qədər məktəbə qədər təhsilə, uşaq bağçalarına gedə bilərlər.  İngiltərədə 5 yaşında başlayan zəruri təhsil, 16 yaşına qədər davam edir. 

İspaniyada 3 ayından başlayaraq, 6 yaşına məktəbə qədər təhsilə cəlb edilən uşaqların  məcburi təhsil isə 16 yaşına qədər  davam edir.

İsveçdə 1-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb olunan uşaqlar, 16 yaşına qədər isə məktəblərdə təhsil ödənişsiz  məcburi təhsil alırlar.

İtaliyada 3-6 yaş arası uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. 6-14 yaş aralığında isə, ödənişsiz və zəruri təhsil cəlb olunurlar. 

Macarıstanda 3-7 yaşa aralığındakı uşaqlar üçün məktəbəqədər təhsil verilir. 7 yaşında bir illik hazırlıqla başlayan zəruri  təhsil, 18 yaşında tamamlanır.

Polşada 3-6 yaş aralığındakı  məktəbəqədər təhsil alanlar 6-16 yaş aralığında ödənişsiz məcburi təhsil alırlar.

Portuqaliyada 3-5 aralığındakı uşaqlar məktəbəqədər təhsilə cəlb edilən uşaqlar 15 yaşına qədər ödənişsiz zəruri təhsil alırlar. 

Ruminiyada 3-6 yaş arası məktəbəqədər təhsil cəlb olunan uşaqlar, 6-15 yaşa qədər məktəblərdə ödənişsiz məcburi təhsil alırlar. 

Yunanıstanda uşaqlar 3-6 yaş aralığında məktəbəqədər, 6-15 yaş aralığında isə, ödənişsiz və məcburi təhsil almalıdırlar.

Xəbər lenti