Logo

Gəncədə tələbə bıçaqlandı

28.10.2021 21:44 815 baxış
IMG

Hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb.

Tehsil.biz xəbər verir ki, ilkin məlumata görə, 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Xəbər lenti