Logo

Bakı məktəblərində payız-qış mövsümünə hazırlıq işləri görülür - VİDEO

28.10.2021 17:18 427 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində  payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

Belə ki, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Bu barədə ARB TV-nin “İş vaxtı” verilişində məlumat verilib.

Xəbər lenti