Logo

Gömrük Akademiyasının əməkdaşı və tələbələri Şəhidin anım günündə iştirak ediblər

28.10.2021 16:59 477 baxış
IMG

Oktyabrın 27-də 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri,  Səmədov Məhərrəm Elxan oğlunun anım günü qeyd olunub.

Tehsil.biz xəbər verir ki, anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuş, əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın əməkdaşları şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.

Mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Məhərrəm Səmədovun timsalında bütün şəhidlərimizə rəhmət diləyiblər.

Xəbər lenti