Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda Kondensə olunmuş hal fizikası şöbəsinin elmi işçisi Məhəmməd Həsənov “Metal-yarımkeçirici kontaktının xassələrinin mürəkkəb sistemlər nəzəriyyəsi əsasında təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Tehsil.biz xəbər verir ki, məruzədə Şottki diodlarının hazırlanmasında istifadə olunan və müxtəlif texnoloji metod və şəraitdə alınan nazik metal təbəqələrin quruluşunun və xassələrinin müxtəlifliyinin geniş diapazonda dəyişdiyi qeyd edilib. Mürəkkəb sistemlər nəzəriyyəsi əsasında metal-yarımkeçirici kontaktlarında (toxunma səthinin qeyri-bircinsliyi nəzərə alınmaqla) baş verən elektrofiziki xassələr araşdırılıb və alınmış nəticələrin tətbiq imkanları müəyyənləşdirilib.
Elmi seminarda İnstitutun əməkdaşları və doktorantlar iştirak edib.