Logo

BDU-da nanokompozitlərin mexanokimyəvi sintezi istiqamətində elmi tədqiqatlar uğurla davam edir

28.10.2021 13:52 809 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının dissertantı Xəzəngül İbrahimova “PbS/Ni-Cr-LİH nanokompozitinin mexanokimyəvi sintezi” mövzusunda məruzə ilə çıxış edib.

Tehsil.biz xəbər verir ki, məruzədə PbS/Ni-Cr-LİH nanokompozitinin mexanokimyəvi sintezi, alınan nümunələrin quruluş xüsusiyyətləri, optik xassələri, morfoloji quruluşu və kimyəvi tərkibinin müxtəlif metodlarla tədqiqi üzrə alınmış nəticələr və nanokompozitin tətbiq imkanları haqqında məlumat verilib. Qeyd edək ki, nanokompozitin fotokatalitik xassələrinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri davam edir.

Elmi seminarda fakültənin əməkdaşları, doktorantlar, magistrantlar və tələbələr iştirak edib.

Xəbər lenti