Logo

DİM sədri: "İxtisas seçimi müsabiqəsində III qrupda gərginlik aşağı düşəcək"

28.10.2021 12:38 547 baxış
IMG

"Dəyişiklik müsabiqə vəziyyətinə bir o qədər də təsir etməyəcək. Təxminən 1300 yer III ixtisas qrupuna əlavə olunacaq". 

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda valideynlərin və müəllimlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ixtisas seçimi müsabiqəsində III qrupda gərginlik aşağı düşəcək:

"Bu qrupda 300 bal toplayan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Lakin bu, yüksək reytinqli ixtisaslara aid deyil".

Xəbər lenti