Logo

Rektor: "İşəgötürən üçün vacib olan iddiaçının diplomu yox, onun işləmək bacarığıdır"

28.10.2021 12:01 418 baxış
IMG

"İşəgötürənlər tərəfindən hazırda daha çox tələb olunan kompetensiyalardır".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, kompetensiya ümumi və qısa desək, bu və ya digər işin görülməsi bacarığıdır:

"İşəgötürən üçün vacib olan iddiaçının diplomu yox, onun işləmək bacarığıdır. Bu baxımdan bu gün məzunlara verilən diplom həmin bacarıqların göstəricisi deyil. Ona görə də düşünürük ki, gələcəkdə ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var. Bu sənəd qeyri-akademik transkript ola bilər".

"Məzunlarda həmin bacarıqların qiymətləndirilməsi üçün əsas meyarların işəgötürənlərlə birgə hazırlanmasını məqsədəuyğun hesab edirik. Bacarıqların formalaşdırılması forma və metodlarının universitetlərin müstəsna  səlahiyyətində saxlanımasının vacibliyini qəbul edirik", -deyə rektor qeyd edib.

Xəbər lenti